← Back to job listings
PH
Birmarket - Baş Auditor
PASHA Holding · Baku, Azerbaijan
About The Role
- Təsdiq olunmuş İllik Audit Planına və Yüksək Rəhbərliyin (BirBankın DAD-ı) tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrini həyata keçirir.
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyini qiymətləndirir.
- Audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinə nəzarət edir.
- Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edir.
- Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək;
- Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
- Daxili Audit Bölməsi rəhbərinin tapşırığı ilə Daxili Audit Bölməsinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
- Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
- İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
- Layihə rəhbəri və ya Daxili Audit Bölməsinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Requirements
- Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
- Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
- Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
- Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı.
- Ezamiyyələrdə iştirak etmək imkanı.
- Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.
This is an external listing. JobSpring does not represent or verify the employer. Report this listing
JobSpring